PKK küncə sıxışınca gözlərini onlara dikdi

Baxış sayı:
10411

 TSQ-nin uğurlu əməliyyatları nəticəsində təlaşa düşən və kadr təminatında çətinlik çəkən terror təşkilatı PKK/PYD/YPG, gözünü Suriyanın şimalında yaşayan məsum uşaqlara və gənclərə çevirib.
 
Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, terror təşkilatı PKK/PYD/YPG qurduğu sözdə xüsusi hərbi qurumla Suriyanın şimalında təşkilatın nəzarət etdiyi bölgələrdə uşaq və gəncləri aşkar edərək zorla silah altına almağa çalışır.
Münbiç və Fəratın şərqinin terrorçulardan təmizlənməsi məqsədilə hərbi hərəkatın gündəmə gəlməsi və son dövrdə uğurlu əməliyyatlarla yaşadığı böyük itkilərdən sonra əhali üzərindəki təzyiqini artıran separatçı terror təşkilatı, xüsusilə ərəblərin sıx olaraq yaşadığı Hasəkə bölgəsində hər evdən ən azı bir gənci zorla silah altına alır.
 
Ailələri aldadıb uşaqları qaçırırlar
 
 Terror təşkilatı PKK/PYD/YPG-nin uşaqları qaçırması beynəlxalq hesabatlara da yansıyıb. Hesabata görə, qaçırılan uşaqlar ailələrinə bir daha göstərilmir. Söz mövzusu uşaqlar və gənclər narkotikə alışdırılır, intihar hücumlarına yönləndirilir və döyüşlərdə ön cərgələrdə ölümə göndərilir. Uşaqlarını görmək və geri götürmək istəyən ailələr isə təhdid edilir, hətta təşkilatın ölümcül aksiyalarına məruz qalır. Terör təşkilatının təzyiq və zülmündən bezən bölgə xalqının bölgənin terrorçulardan təmizlənməsini səbirsizliklə gözlədiyi, uşaqlarını təşkilata təslim etmək istəmədiyi və bu istiqamətdə Türkiyədən kömək gözlədiyi öyrənilib.
Müxalifət.az