PKK əkin sahələrinə od vurdu, ASO hərəkətə keçdi

Baxış sayı:
10252

Suriyanın Tel-Rıfat şəhərinin işğal edən YPG/PKK terrorçuları Bab mahalındakı mülki vətəndaşların əkin sahələrini yandırıb.
Muxalifet.az xəbər verir ki, yanğının ötən gecə Azad Suriya Ordusu (ASO) qüvvələrinin yerləşdiyi cəbhə xəttinin yaxınlığındakı Abla və Həzvan bölgələrində törədildiyi bildirilib.
ASO qüvvələri yanğını söndürməyə nail olsa da, əkin sahələrinə ciddi ziyan dəyib.