PKK İŞİD-ı təqlid edir

Baxış sayı:
3169

Şırnakda 10 noyabr mərasimlərini qana bulamaq istəyən PKK, 8 nöqtəyə C-3 partlayıcı montaj edilən model pilotsuz dronlarla hücum cəhdi göstərib. Terror və Təhlükəsizlik Mütəxəssisi Abdulla Ağar, "Bu, PKK-nın İŞİD terror təşkilatından öyrəndiyi bir strategiyadır. PKK ruh əkizi İŞİD-ın taktikasını istifadə edir" deyib.
 
Təhlükəsizlik qüvvələrinin əməliyyatları ilə küncə sıxışdırılan PKK, İŞİD taktikalarını istifadə etməyə başlayıb. 10 noyabrda Şırnakda 8 nöqtəyə C-3 partlayıcı montaj edilən model pilotsuz dronlarla hücuma cəhd edən qanlı təşkilatın bu həmləsi siqnal kəsici cihaz sayəsində əngəllənib.
PKK terror təşkilatının Türkiyədə zəiflədiyi üçün yeni bir təmayülə girdiyini söyləyən Terror və Təhlükəsizlik mütəxəssisi Abdulla Ağar, "Model dronlara partlayıcı yüklənməsi PKK-nın İŞİD terror təşkilatından “kopya” etdiyi bir strategiyadır. PKK bu hərəkətləri həyata keçirərkən yalnız əli qanlı terrorçularını deyil, mülki milis-yeraltı-sempatizan və şəhər təşkilatlarını istifadə edir. PKK ruh əkizi İŞİD-ın taktikasını istifadə edir" deyib.
Müxalifət.az