PKK indi də Türkmən yurdunu istəyir

Baxış sayı:
13507

İraq Türkmən Cəbhəsinin (ITC) sədri Erşat Salehi açıqlama verərək PKK-nın  İraq Türkmənlərinin əksəriyyət təşkil etdiyi Türk yurdu Telafer mahalına yerləşməyi planladığını ifadə edib.
 
Salihi Türkmənlərin İraqda yaşadığı bölgələrin təhlükəsizlik vəziyyətini izah edib.
 
"Telferlilər bu planı poza bilərlər”
 
"Sincar mahalının idarəsini əlində tutan terror təşkilatı PKK, indi də Türkmənlərin əksəriyyətdə olduğu Telafer mahalına nəzarət etməyi planlaşdırır. Lakin Telafer xalqı öz yerlərinə və evlərinə qayıda və bu planı poza bilərlər" deyə Salihi bildirib.
 Salehi PKK-nın Sincar'da olduğu kimi, Telaferdə də məzhəb ayrı-seçkilik fitnəsi yaratmağa çalışdığını ifadə edərək "PKK Sincarda xalq üzərindəki “Parçala, idarə et” taktikasını Telaferdə də tətbiq etmək istəyir" deyib.
Terror təşkilatı İŞİD-ın ortaya çıxmasından sonra Telaferli Türkmənlərin İraqın cənubu, Kərkük və Türkiyəyə köç etmək məcburiyyətində qaldığını xatırladan Türkmən lider, Telafer xalqının bölgələrinə dönmələri lazım olduğunu, çünki PKK-nın bu boşluqdan faydalanmağa çalışdığını söyləyib.
İraqlı güclərin İŞİD-a qarşı əməliyyatı əsnasında Telaferdə böyük bir dağıntı meydana gəldiyini dilə gətirən Salehi, vətəndaşların evlərinə dönməsi üçün hökumətin bir an əvvəl yenidən abadlıq işlərinə başlaması lazım olduğunu qeyd edib.
 
Peşmərgəni Kərkükə gətirmək planlaşdırılır
 
ITC başçısı Salehi həmçinin, İraq Kürd Regional Rəhbərliyindəki (IKBY) hakim iki partiya Kürdüstan Demokrat Partiyası (KDP) və Kürdüstan Yurdsevərlər Birliyinin Peşmergə güclərini yenidən Kərkükə gətirmək istədiyini və bu istiqamətdə planlarının olduğunu dilə gətirib. Salehi KDP və KYB-nin terror təşkilatı İŞİD-ın Kərkükün cənubunda reallaşdırdığı hücumları bəhanə edərək bu planı irəli sürdüklərini ifadə edib.
İraq mərkəzi hökumətini Kərkük məsələsinə müdaxilə etməyə çağıran Salehi, Kərkükün Bəsrə kimi, İraqın digər vilayətlərinə bənzəmədiyi, olabiləcək bir problemin baş verməsi təqdirdə önünə keçilə bilinməyəcəyi xəbərdarlığını edib.
Müxalifət.az