PKK ilə mübarizədə yeni dövr

Baxış sayı:
4894

Son dövrlərdə PKK ilə mübarizədə əhəmiyyətli bir dəyişikliyə gedən, yerli və ağıllı milli raketlərdən daha çox istifadə etməyə başlayan Türkiyə, terroristlərə gizləndikləri hər yeri dar edəcək yeni bir layihəni tamamlayıb. Türk təhlükəsizlik qüvvələrinə məxsus olan “termobar” partlayıcı maddələr terrorçuların gizlətdiyi yerdə onları tapmaq və məhv etmək üçün inkişaf etdirildi. Pilotsuz SİHA və İHA-ların təzyiqi altında mağaraların altında gizlənməyə məcbur olan və başlarını çıxara bilməyən terrorçular 'Tendürek' layihəsi çərçivəsində istehsal edilən bombalarla artıq gizlənə bilməyəcəklər
 
Təhlükəsizlik mənbələri döyüş başlıqları üçün “termobark” partlayıcısının inkişaf layihəsi olan “TENDÜREK” çərçivəsində istehsal edilən başlıqların çox müxtəlif silah sistemləri ilə istifadə edilə biləcəyinə diqqət çəkib.
Buna görə, bu termobarik partlayıcı başlıqlarına təyyarə bombası, tank əleyhinə sursat və kiçik çaplı sursat daxildir.
Ekspertlərin fikrincə, təhlükəsizlik qüvvələri ilə qarşılaşmaq üçün cəsarət tapa bilməyən və yalnız tunellərdə, mağaralarda gizlənməyə çalışan terrorçular “Tendürek” layihəsi çərçivəsində hazırlanan döyüş başlıqları ilə məhhv ediləcək.
Müxalifət.az