PKK həbsxanasında EDAM DƏHŞƏTİ

Baxış sayı:
3364

PKK/PYD-li terrorçuların onlara qoşulmayanları təcrid edib, işgəncə etdiyi Afrin həbsxanasının görüntüləri yayınlanıb. Xainlər, çoxlu insanı bu həbsxanada terrorçubaşı Öcalanın nitqlərini dinlənilərək, sonra öldürmüşlər.
 
Türk Silahlı Qüvvələrinin uğurla apardığı “Zeytun Budağı” Hərəkatı ilə təmizlənən Afrində PKK/PYD-nin nəzarətindəki min nəfərlik həbsxananın görüntüləri nümayiş olunub. 500 kamerası olan həbsxanada 100 təcrid otağı yerləşir.
 
2 KVADRATMETRLİK OTAQLAR
 
Təşkilata qoşulmayan insanları 20 nəfərlik kameralara 50 nəfər dolduran PKK/PYD-lilər, təşkilatdan qaçarkən tutulanları işıqsız, oturacaqsız və 2 kvadratmetrlik təcrid otaqlarına həbs ediblər. Təcrid otaqlarına çılpaq vəziyyətdə qoyulan PKK/PYD-lilərin ayaqların altından isə daim suyun axmasını təmin ediblər. Təcrid otaqlarının qapılarında keşik çəkən PKK/PYD-lilər məhbuslara müntəzəm olaraq terrorçubaşı Abdullah Öcalanın çıxışları lentdən dinlədilib.
 
HƏR OTAĞA CASUSLAR YERLƏŞDİRMİŞLƏR
 
PKK/PYD həbsxanada olanlara ən dəhşətli işgəncələr veriblər. Terror təşkilatı həbsxanadakılara təsir etmək üçün kameralara öz casuslarını da yerləşdirmişlər. PKK/PYD-lilər özlərinə yaxın adamları həbsxanadan çıxararaq mühakimə etdikdən sonra döyüşmək üçün ön cəbhələrə göndərmişlər. Ancaq yanlarında da qaçdıqları halda onları edam edəcək terrorçular yerləşdiriblər. PKK/PYD bu həbsxanada saxlanılan İŞİD-çıları da  Türkiyə ilə döyüşmələri qarşılığında sərbəst buraxıb.
Müxalifət.az