PKK daxilində hesablaşma: TERRORÇULAR EDAM EDİLDİ

Baxış sayı:
181

Suriyanın Rasulayn şəhərində 2 PKK/PYD-li terrorçu edam edilib. Terror təşkilatının edamları ABŞ-ın PKK terrorçubaşlarının başına qoyduğu pul mükafatı səbəbindən təşkilatda baş verən parçalanmalara mane olmaq üçün həyata keçirdiyi iddia edilib.
 
Yerli mənbələrdən alınan məlumatlara görə, Rasulayn şəhərinə bağlı Tel Arkam kəndində iki terrorçu edam edilib. Rasulayn - Telabyad avtomobil yolunda nəzarəti təmin edən 2 terrorçunun, kimliyi naməlum şəxs və ya şəxslər tərəfindən öldürüldükləri bildirilib.
Yerli mənbələr, terrorçuların bir daxili hesablaşma nəticəsində edam olunduqlarını bildirib. İddiaya görə, ABŞ-ın terror təşkilatı PKK-nın terrorçubaşları Murad Karayılan, Cəmil Bayık və Duran Qalxanın başına qoyduğu pul mükafatının təşkilat içərisində müəyyən parçalanmalara səbəb olduğu və təşkilatdakı çözülmənin qarşısını almaq üçün edamların həyata keçirildiyi qeyd olunub. Yerli qaynaqlar, yaxın günlərdə yeni edamların da baş verə biləcəyini dilə gətirib.
Müxalifət.az