​PKK-dan “yaş adyal” hiyləsi: TÜRK ƏSGƏRİ SON ANDA...

Baxış sayı:
6340

PYD-PKK terrorçuları 8 türk hərbçisinin şəhid olduğu 1083 saylı Keçəl Təpəyə ikinci dəfə hücuma keçmək istəyib.
Muxalifət.az xəbər verir ki, 40 terrorçu pilotsuz uçuş aparatlarından yayınmaq üçün yaş adyalların altında gizlənərək növbəti hücuma cəhd edib. Lakin türk hərbçiləri son anda PUA-larla onların yerini təyin edib və öldürücü zərbə endirib. Əməliyyat zamanı terrorçuların hamısı məhv edilib.
Qeyd edək ki, terrorçuların bir müddət əvvəl 1083 saylı təpəyə hücumu nəticəsində 8 türk əsgəri şəhid olub, 26-sı yaralanıb.