PKK-dan qorxunc “ERKƏN SEÇKİ” TAPŞIRIĞI

Baxış sayı:
2434

Qəndildəki terrorçubaşları PKK kadrlarından, göstəriş gözləmədən yerli təşəbbüslərlə dəhşətli terror hadisələrinin törədilməsini istəyib.
 
PKK, Afrin prosesinin yaratdığı mənfi təsiri qırmaq məqsədilə Türkiyə və İraq sərhədindəki qrupların terror aksiyalarına təkan verməyə çalışır. Türkiyənin  başının qatılması və Afrinlə məşğul olmasının qarşısını almaq üçün terrorçulara terror aksiyalarına üstünlük verilməsi tapşırığı verilib.
“Cümhur” ittifaqının erkən seçki qərarı ilə siyasət hərəkətə gəldi. Seçki prosesində təhlükəsizlik məsələsi hər zamankı kimi, yenə ön planda olacaq. Xüsusilə Afrin bölgəsinin nəzarətini təmin edən “Zeytun Budağı” Hərəkatından sonra yeni strategiya ortalığa qoymağa çalışan PKK, bu prosesin ən mühüm fiquru kimi görsənir.
 
QƏNDİLDƏKİ DÜŞƏRGƏLƏR KÖÇÜR!
 
Seçki prosesinə keçməzdən əvvəl PKK-nın vəziyyəti o qədər də terrorçular üçün ürəkaçan deyil. Məhz bu baxımdan təşkilatın gəldiyi vəziyyəti dəyərləndirməkdə də fayda var. Belə ki, İraq rəhbərliyinin Sincar bölgəsinə girəcəyini ifadə etməsilə yanaşı, Türkiyənin də Ovaköy - Mosul xəttini istifadə edib, Şimali İraqa girməsindən narahat olan təşkilat, bu dəfə də Sincardan çəkildiyini açıqlamaq məcburiyyətində qaldı.
Şimali İraqda da vəziyyət təşkilatın istədiyi istiqamətdə getmir.
Qəndilə qarşı hava əməliyyatları, təşkilatı bu regionda yeni qərarlar almağa məcbur etdi.
Qəndildəki oturaq düşərgələrin bir hissəsi köçüb.
Düşərgələrin bir qismi də eyni bölgədə olsa da, ancaq İran sərhədinə yaxın bölgəyə çəkilib.
Xüsusi xidmət orqanları, cənubdakı bölgələrə sürüşən düşərgələrin olduğunu müəyyən edir.
Müxalifət.az