PKK-dan qaçdı:Təşkilatla bağlı iyrənc detalları danışdı

Baxış sayı:
1540

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) son dövrdə terror təşkilatlarına vurduğu zərbələrdən sonra təşkilat çökməyə başlayıb. 2 sentyabrda terror təşkilatından qaçan T.Ö. adlı terrorçu TSQ-ya sığınıb. T.Ö.-nun danışdıqları, separatçı xainlərin uşaqlardan iyrənc bir şəkildə istifadə etdiyi ortaya çıxıb.
 
RƏQS ETMƏYƏ, MAHNI OXUMAĞA MƏCBUR EDİRDİLƏR
 
 T.Ö.-nun sorğusunda, İraqın şimalındakı Qara bölgəsində təşkilatın "gənclər batalyonu” adını verdiyi və yaşları 9 ilə 16 arasında dəyişən uşaqların təşkilatın liderləri üçün keçirilən şənliklərdə rəqs etməyə, mahnı oxumağa və müxtəlif hərəkətlər etməyə məcbur edildikləri məlumatını verib.
 
TƏSLİM OLMAQ ÜÇÜN FÜRSƏT AXTARIRLAR
 
T.Ö, bənzəri görülməmiş bir istismara, hər cür təcavüzə və zorakılığa məruz qalan uşaqların təhlükəsizlik qüvvələrinə təslim olmaq üçün fürsət axtardıqlarını, ancaq tutulanların edama qədər varan cəzalara məhkum edildiyini söyləyib.
 
TƏŞKİLATDA ÇÖKÜŞ SÜRƏTLƏNDİ
 
Digər tərəfdən, təhlükəsizlik mənbələri, son dövrdə verilən itkilərdən dolayı təşkilatdakı çöküşü sürətləndiyini, PKK-dan qaçanların artdığını və qoşulanların çox ciddi nisbətdə azaldığını bildirib.
Müxalifət.az