PKK-dan növbəti alçaqlıq: AİLƏLƏRİ GİROV GÖTÜRÜRLƏR

Baxış sayı:
5452

Suriyanın şimalında məğlubiyyətə uğrayan PKK, Deyrizor, Raqqa, Hasəkə, Münbiç və Tel Abyat bölgələrindən “Zeytun Budağı” Hərəkatına qoşulan ASO əsgərlərinin ailələrini girov götürür. Mart ayının ortalarında başlayan bu alçaq cəhd, işgəncələr və ölümlərə qədər varır. 25-dən çox ASO-lu şəhid ailəsinin terror təşkilatının əlində olduğu bildirilir.
 
PKK, Münbiçdə bir ASO şəhidinin 73 yaşlı atasını işgəncə edərək öldürüb. Hazırda 25-dən çox şəhid ailəsi təşkilatın əlində girov olaraq saxlanılır. Can təhlükəsizliklərinin təhlükə altında olduğunu bildirən ailələr, girov götürmə prosesinin martın ortalarında başladığını söyləyib.
 
ƏSƏD REJİMİ PKK-ya KƏŞFİYYAT DƏSTƏYİ VERİR
 
Afrinin terrordan təmizlənməsi prosesində PKK-ya açıq dəstək verən Əsəd rejimi, təşkilatın şəhid yaxınlarını qaçırma və işgəncə prosesində də fəal rol oynayır. Afrin şəhidlərinin ailə və qohumlarının yaşadığı bölgələrin siyahısı Əl Muhaberat kəşfiyyatı tərəfindən hazırlanır. Dəməşqdə hazırlanan siyahılar, millət vəkili Ömər Osi vasitəsi ilə Qamışa çatdırılır. Bununla da Afrin şəhidlərinin valideynləri prioritet hədəfə çevrilir. PKK şəhidlərin ailə üzvlərini tapa bilmədiklərində yaxın və uzaq qohumlarını əsir alır.
 
BİR ƏSGƏR ÜÇÜN KƏND GİROV GÖTÜRDÜLƏR
 
Tel Abyat mənşəli Əbu Azzam adlı ASO əsgərinin Afrində döyüşdüyü məlumatını əldə edən PKK, məhz bir ASO əsgərinə görə bütün kənd girov götürüb. Əbu Azzam, “Fərat Qalxanı” prosesində də iştirak etdiyini və PKK şantajı üzündən Afrində 10 gün döyüşdükdən sonra yenidən “Fərat Qalxanı” bölgəsinə qayıtmaq məcburiyyətində qaldığını söyləyib. Tel Abyata bağlı Hatuniyye kəndində yaşayan ailəsi və qohumlarının sərbəst buraxılması qarşılığında cəbhədən ayrıldığını bildirən Əbu Azzam, "PKK rayonu işğal etdiyi ilk gündən bu yana vətəndaşları şantaj vasitəsi kimi istifadə edir" deyib.
Müxalifət.az