PKK-dan CHP-yə yeni ultimatum

Baxış sayı:
8917

CHP-yə 31 mart seçkilərində İstanbul, Ankara və İzmirdə dəstək verən HDP və PKK, indi də bu dəstəyi geri çəçkmək istəyir. HDP ana müxalifətdənc PKK lideri Abdullah Öcalanın həbsxanadakı şərtlərini dilə gətirməsini istəyib. Terror yuvası Kandil də mesajı verərək “CHP bu yöndə bir addım atmazsa, dəstəkləməyəcəyik” deyib.
 
Seçkilcərin yenilənməsi qərarından sonar terror təşkilatı PKK-nın yayın orqanı olan “Yeni Azad Siyasət”-ə məqalə yazan PKK-lı fərari terrorçu Nurettin Demirtaş isə “Bu yeni durum qarşısında HDP-nin seçki strategiyasını qeyd şərtsiz davam etdirməsi CHP-nin işinə yarayacaq, ancaq CHP-nin seçkidən sonrakı davranışı, xüsusilə də təcrid, aclıq aksiyaları qarşısında səssizliyi bir çox mübahisələri də özü ilə gətirmişdir. Bunlar gözardı edilə bilərmi? Kürd xalqı təcridin qaldırılmasına dair bir söz söyləməyən CHP-yə dəstək verməyəcək. CHP kürd səslərini çantada kəklik kimi görməməlidir” deyə söyləyib.
Müxalifət.az