PKK-dan CHP-yə təlimat

Baxış sayı:
12025

PKK-nın terrorçbaşı Duran Qalxan CHP-HDP ittifaqının davam etməsinə çağırıb. Terror təşkilatının yayım orqanına danışan Qalxan, CHP-nin "bu nəticələri HDP-nin güclü dəstəyilə aldığını" və məsuliyyətini bilməsi lazım olduğunu ifadə edib. Terrorçubaşı Qalxan "HDP və CHP ittifaqını daha çox inkişaf etdirib, alternativ hakimiyyət təşkil etməsi lazımdır. HDP CHP daxil, bütün qüvvələri birləşdirməli və Tayyib Ərdoğan rəhbərliyinin istefasını istəməlidir" deyib.
 
SEÇKİDƏ BİR ARAYA GƏLMİŞİK
 
 CHP və HDP münasibətlərinin bir addım irəli daşınmasının lazım olduğunu qeyd edən PKK-lı Qalxan, "Seçkidə xalqlar, cəmiyyət, zəhmətkeşlər bir araya gəldi. Cənab CHP rəhbərləri bu həqiqəti yaxşı görməlidirlər. Mövcud vəziyyət potensialı əks etdirmir. Bu vəziyyət AK Parti-MHP ittifaqına güc, ümid, hücum üçün cəsarət verir" deyib.
 
"MÜTTƏFİQ OLUN” ÇAĞIRIŞI
 
 PKK-lı Qalxan bu ifadələrlə də CHP-nin HDP ilə apardığı ittifaqı açıq elan etməyə çağırıb: "Məsələn, CHP Türkiyənin problemlərinə, kürd probleminə nə deyir? Niyə HDP ilə ittifaq qurmur? HDP-nin xəstəliyi var? Qanunlara görə qurulmuş bir partiyadır, Türkiyənin hər yerindən səs alır. Mövcud CHP rəhbərliyinin HDP qarşısındakı mövqeyi həqiqətən Tayyib Ərdoğan hakimiyyətinə ən böyük gücü verən bir mövqedir. O halda ya bu hakimiyyət dəyişəcək, ya öz siyasətlərini dəyişdirəcək. Mövcud CHP rəhbərliyinin də bu işdə məsuliyyəti çoxdur. İkisinin də real vəziyyəti aşkara çıxdı. Deyirlər, təkkə düşdü, keçəl göründü. Həqiqətən maskalar düşdü, hər şey görüldü".
 
PARALEL BƏLƏDİYYƏ YARATMAQ TƏKLİFİ
 
 Barələrindəki KHK qərarları ilə əlaqədar mandat almayan HDP-li sədrləri alternativ hakimiyyətlər qurmağa çağıran Qalxan, belə davam edib: "Cəmiyyət AKP-li tayfa bələdiyyə sədrini də, rəhbərliyini də qəbul etməməlidir. Bir halda ki, 75 faiz səs almış, 75 faiz təşkilatlanmalı, öz seçdiyi sədri rəhbərliyə gətirməlidir. Bunlar bələdiyyə binasına əl qoyanda cəmiyyət itaət etməməli, bələdiyyədə öz rəhbərliyini qurmalı, o bələdiyyə binasında olmursa, başqa bir bina tapmalı, öz özünü faktiki olaraq orada idarə etməlidir. Seçilən bələdiyyə başçıları da əvvəlkilər kimi gedə bilməzlər. Xalq da öz rəhbərliyini faşizmə təslim edə bilməz, hakimiyyətinə sahib çıxmalı, müdafiə etməli, mübarizə etməlidir".
Müxalifət.az