PKK-dan baş örtüyünə qadağa

Baxış sayı:
6097

Suriyanın şimalında işğal etdiyi ərazilərdə xalqa qan udduran terror təşkilatı PKK/YPG, qalmaqal bir qərar verib. Daha əvvəl məktəblərdə təşkilat tərəfindən təqdim edilən tədris planını rədd edən müəllimləri həbs edən təşkilat, bu dəfə də məktəblərdə tələbə və müəllimlərin məktəblərdə hicab taxmasını qadağan edib. Məktəblərdə vahid geyim forması və vahid dil məsələsini məcburi elan edib.
 
Nəzarəti altında saxladığı ərazilərdə Ərəb əlifbasını qadağan edən PKK, Latın əlifbasından istifadə edilməsini zəruri sayıb və rəsmi dilin də Kürd dili olduğunu elan edib. Təşkilatın bu tətbiqlərindən sonra əhali böyük təpki göstərərək məktəblərə hücum edib. Digər tərəfdən, ABŞ-ın YPG-ni PKK-dan ayrı bir təşkilat kimi göstərmə səyləri də davam edir.
Təşkilat, ABŞ-ın göstərişi əsasında Münbiçdən sonra Tel Abyadda da Abdullah Öcalan plakatları və PKK rəmzlərini endirir. Zülm görən xalqın ayağa qalxmalarına səhnə olan bölgədə bəzi tayfalar Münbiçdə PKK-nın nəzarət nöqtəsinə hücum edərək 5 terrorçunu məhv edib. Rakkada da gərginlik son həddədir. PKK, bölgə xalqını təzyiq altına almaq üçün fövqəladə hal elan edib. Şəhərə giriş çıxışların qarşısı alınarkən, zəruri giriş çıxışlara isə saat məhdudiyyəti gətirilib.
Müxalifət.az