PKK-dakı çöküş daxili hesablaşmaları sürətləndirdi

Baxış sayı:
4972

Türkiyənin təhlükəsizlik qaynaqlarından alınan məlumata görə, təhlükəsizlik güclərinin əməliyyatlarıyla ağır itkinlər verən bölücü terror təşkilatı PKK-da yaşanan qorxu və çaxnaşma təşkilat içi hesablaşmanı sürətləndirib.
 
Son dövrdəki əməliyyatlarla sözdə lider heyətdə olanlar başda olmaqla, bir çox terrorçunun təsirsiz hala gətirilməsi təşkilatın sözdə üst rəhbərliyiylə çöldəki terrorçuları bir-birinə düşürüb.
Sözdə lider heyət çöldəki terrorçuları casusluqda ittiham edərkən, bu günahlandırmalar təşkilatda edamları artırıb.
Bölücü terror təşkilatı edamlara təşkilat üzvləri arasında narahatlığa səbəb olmaması üçün intihar görüntüsü verir.
 
BOZ KATEQORİYADAKI TERRORÇU EDAM EDİLDİ
 
Təşkilat içi edam son olaraq Jandarma Xüsusi Hərəkat Birlikləri tərəfindən 15 mayda Tuncelinin Pülümür mahalı çölündə 3 terrorçunun təsirsiz hala gətirildiyi əməliyyatla ortaya çıxarılıb.
Terrordan Axtarılanlar Siyahısında boz kateqoriyada yer alan "sözdə Ərzurum Yayladərə Gücü üzrə məsul" Mordem Kanireş kod adlı Erkan Gülənin qış dövründə təşkilat liderlərinin əmriylə qaldığı mağarada öldürüldüyü və bunun intihar olaraq göstərildiyi müəyyən olunub.
Müxalifət.az