PKK-da terrorçular bir-birinə girdi

Baxış sayı:
8227

Terror təşkilatı PKK/KCK, dağ heyətinə terrorçu təmin etmək məqsədilə qadın terrorçuları cazibə vasitəsi kimi istifadə edir.
 
Təşkilatdan qaçaraq təhlükəsizlik qüvvələrinə təslim olan və ya yaxalanan terrorçuların verdiyi ifadələr də PKK-nın sözdə rəhbərlərinin qadınlara baxışını ortaya qoyur. Kişi terrorçular qadın terrorçuları "cinsi alət" olaraq görür.
Çöl şərtlərinə uyğunlaşa bilməyən qadın terrorçuları ayaq bağı kimi görən kişi terrorçular, xüsusən baş verən münaqişələrdən qaçarkən qadınları təhlükəsizlik qüvvələrini əyləndirmək məqsədilə istifadə edir.
Terror təşkilatından qaçaraq təhlükəsizlik qüvvələrinə sığınan terrorçular verdikləri ifadələrdə, təşkilatda kişilərlə qadınlar arasında "güc qarşıdurması" baş verdiyini bildirir.
Son zamanlar PKK rəhbərliyində yer alan yüksək səviyyəli qadın terrorçuların cinsi münasibətləri gündəmə gəlməsinin təşkilatı qarışdırdığı da ifadələrdə əks olunur.
Qadın terrorçulara liderlik və idarəçilik verilməsinin kişilər tərəfindən qəbul edilmədiyini deyən terrorçular, sözdə "yüksək səviyyəli" kişi təşkilat nümayəndələrinin baş verən bəzi hadisələrdən sonra qadın terrorçuların rəhbərlikdən çıxarılıb, yerlərinə kişi təşkilat mənsublarının gətirilməsini istədiklərini bildirir.
İfadələrdə, baş verən bu hadisələr nəticəsində təşkilat daxilində qadın və kişi terrorçular arasında bir-birinə qarşı inamsızlıq mühiti yarandığı, iyerarxiya sıxıntılarının alt kadrlara da sirayət etdiyi yer alır.
Müxalifət.az