PKK-da qadınları zorlayır, sonra edam edirlər - Etiraflar

Baxış sayı:
15841

Terror təşkilatının sözdə rəhbərlərinin cinsi təcavüzlərindən xilas olmağa çalışan qadın terrorçular, qaçmağı bacara bilmədikləri təqdirdə edamla cəzalandırılır.
 
Bəzən də bu züləmə dözməyən qadın terrorçular intihar edirlər.
 Təhlükəsizlik qaynaqlarından alınan məlumata görə, təhlükəsizlik qüvvələri tərəfindən tutulan ya da təslim olan PKK terrorçularının ifadələri təşkilat içərisində qadınlara tətbiq olunan cinsi istismar və təcavüz hadisələrinin ölçüsünü gözlər önünə sərir.
 PKK-nın sözdə üst səviyyə rəhbərlərindən Murat Karayılanın 2002-2003-cü illərdə mühafizəçisi olan bir terrorçu təhlükəsizlik güclərinə təslim olduqdan sonra verdiyi ifadədə, "İstanbullu Dilan uzun boylu, sarışın bir qız idi. Murat Karayılanın təcavüzünə uğrayınca əl bombasıyla intihar etdi" deyib.
 Təhlükəsizlik güclərinə təslim olan bir qadın terrorçu PKK içində yaşanan çirkinliklərlə bağlı "Qəndilə getdiyimizdən iki gün sonra təcavüzə uğradım. Səhər rəhbərliyə söylədim. 'Hadisəni gəl mənə anlat' deyərək öz yerinə  apardı və sığınacağında o da mənə təcavüz etdi" deyə verdiyi ifadəsində qeyd edib.
Keçən il tutulan terrorçu Ç.K, separatçı terror təşkilatı PKK-nın içində qadın terrorçulara təcavüz edən və cinsi hər cür sapkınlıq edən sözdə üst səviyyə rəhbərliyin hər hansı bir cəza almadıqlarını və hadisələrin bağlanıldığını söyləyib.
 Terrorçu K.A. isə ifadəsində, "Təşkilat içindəki rəhbərlər qadın terrorçuları cinsi istismar edirlər. Orada buna əngəl olacaq bir güc yoxdur. Bu mövzuda tanıdığım zərər çəkmiş çox qadın var. Bu qadınlar təşkilatın çirkin üzünü görüb, ən sonunda PKK-dan qaçdılar" deyib.
 Ötən il təhlükəsizlik qüvvələrinə təslim olan qadın terrorçu R.Ç. də keşik çəkdiyi sırada kişi terrorçunun özünü əvvəl əllə və sözlə, sonra da fiziki təcavüz etdiyini deyib.
"Zilan Dəclə" kod adlı qadın terrorçu, "Mahmurlu kürd bir ailənin 5 uşağından biri idi. Davamlı cinsi təcavüz gördüyünü söyləyərək ağlayırdı. Keçən il Bole düşərgəsində əl bombasıyla intihar etdiyini eşitdim. Daha sonra bu adamın 'Beritan Hilal' kod adlı Zeynep olduğunu və davamlı təcavüzə uğradığı üçün intihar etdiyini öyrəndim" deyə ifadəsində bildirib. 
 
PKK DAXİLİNDƏ TƏCAVÜZ HADİSƏLƏRİ YENİ DEYİL
 
Terrorçu ifadələrindən əldə edilən məlumatlara görə, PKK-lı qadın terrorçilar təşkilatın terror hərəkətlərində iştirak etməyə başladığı dövrdən bəri kişi terrorçuların istismarına məruz qalır.
 Qadın terrorçu "Mardinli Rojin" 1995-ci ildə Suriyaya təşkilatın lideri Abdullah Öcalanın yanına göndərildiyi müddətdə sözdə üst rəhbərlikdən H.A-nın təcavüzünə uğrayıb. Qadın terrorçunun 6 aylıq hamilə olduğu bəlli olandan sonra Öcalanın təlimatıyla diri-diri Dəclə çayına atılaraq öldürüldü.
 Təşkilat içində yaşananları izah edən qadın terrorçu B.A. isə 1994-cü ildə bir kişi terrorçu tərəfindən hamilə buraxılan terrorçu S.Ç-nin edam edildiyini, bir başqa qadın terrorçunun da PKK lideri Abdullah Öcalanın qardaşı terrorçu Osman Öcalan ilə cinsi əlaqədə olduqdan sonra intihar etdiyini ifadə edib.
Müxalifət.az