PKK-da etimadsızlıq hökm sürür

Baxış sayı:
4183

Regiondakı təhlükəsizlik qaynaqlarının verdiyi məlumatlara görə, Türkiyə Silahlı Qüvvələrinin (TSQ) qış ayları ərəfəsində başladığı və uğurla davam edən əməliyyatları terror təşkilatında dağılmağa səbəb olub.
 
Son zamanlardakı əməliyyatlarla ağır itkilər verən terrorçu qruplar arasında dərin bir inam böhranı da yaşanır.
Terrorçuların əksəriyyəti həyatda qalmaq üçün rəhbərlərinə açıq şəkildə qarşı çıxdığı müəyyən edilib. Bu səbəblə bəzi terrorçuların "casus" elan edildiyi, hətta edama qədər varan ciddi mübahisələrin yaşandığı müəyyənləşdirilib.
 
QADIN TERRORÇULARA YARDIM ETMƏDİLƏR
 
Tunceli bölgəsində, 17 sentyabrda icra edilən əməliyyatda 4 separatçı xain zərərsizləşdirib.
Təhlükəsizlik mənbələrindən alınan məlumatlara görə, hamısı qadın olan bu terrorçuların hava dəstəkli əməliyyatın davam etdiyi regiondakı digər bir qrupdan simsiz rabitə vasitəsi ilə kömək istədiyi, ancaq kişilərin olduğu qrupun “Başınızın çarəsinə baxın, çıxsaq, bizi də vurarlar” deyərək qadın qrupa köməyə getmədiyi aşkar edilib.
Təhlükəsizlik qüvvələri, təşkilat mənsubları arasında baş verən bu cür hadisələrin son dövrdə ciddi şəkildə artdığını da bildirir.
Müxalifət.az