PKK-da döyüşlərə qadın və uşaqları göndərirlər

Baxış sayı:
5380

Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olan 'Sait' kod adlı PKK-li qadın terrorçu, qrupun başçısının qadın terrorçulara cinsi təcavüz etdiyini, döyüşlərdə isə ön sıralara qadın və uşaqların göndərildiyini söyləyib.
 
“Sait” kod adlı qadın terrorçu, qrupun başçısının qadın terrorçularka sapqın cinsəl hərəkətlərə yol verdiyinə, cinsi təcavüz etdiyinə şahid olduğunu söyləyib. Bu vəziyyətin terror təşkilatındakı qadınların qaçınılmaz sonu olduğunu söyləyən qadın terrorçu, təşkilata yeni qatılan gənc qadınların da qısa müddətdə bu tərz vəziyyətlərə məruz qaldığını, çoxunun çarəsizcə boyun əydiyini bildirib.
Təşkilatda yaşanan korlanmış əlaqələrdən xilas olmaq istəyən qadın terrorçuların tək başlarına qaça bilmədiklərini, tutulduqlarında da casusluqla ittiham olunaraq edam edildiklərini söyləyən 'Sait' kod adlı terrorçu, qadınların təhdidlərə məruz qaldıqlarını, ailələrinin yanlarına getməyə qorxduqlarını, ya intihar etmək məcburiyyətində olduqlarını, ya da edam vəziyyəti ilə qarşı-qarşıya qaldıqlarını ifadə edib. Qadın terrorçu narkotikə alışdırılan qadın və uşaqların döyüşlərdə ön cərgələrə qoyulduğunu ifadə edib.
Müxalifət.az