PKK-da böyük təlaş! Terror yuvası Qəndil ilə rabitə kəsildi

Baxış sayı:
30733

 Türk Silahlı Qüvvələri terror təşkilatı PKK-ya ağır zərbələr endirməyə davam edir. Böyük zərbə alan terrorçuların sözdə yüksək səviyyəli rəhbərlər ilə əlaqə saxlaya bilmədiyi müəyyən olunub.
 
Terrorçuların 5 aydır ki, Qəndillə ünsiyyət yarada bilmədiyi üzə çıxıb.
Təhlükəsizlik qüvvələrinin əməliyyatları nəticəsində çox sayda PKK-lı terroriçu təsirsiz hala gətirilərkən, təşkilatın rabitə əlaqəsinə də ağır zərbə vurulub. Əməliyyatlarla nəfəs ala bilməz hala gətirilən terrorçuların təşkilatın Qəndil dağındakı sözdə yüksək səviyyəli rəhbərləri ilə rabitə əlaqələrinin 5 aydan bu yana kəsildiyi bildirilib.
Xüsusi xidmət orqanları ilə təhlükəsizlik qüvvələrinin fəaliyyəti nəticəsində terror təşkilatı PKK-nın İraqın Qəndil dağı bölgəsində yerləşən sözdə rəhbərlərinin Diyarbəkir, Şırnak, Hakkari və Tunceli əyalətindəki terrorçulara simsiz rabitə ilə müraciət etdikləri, ancaq 5 aydan bu yana cavab almadıqları aşkar edilib. Təhlükəsizlik mənbələrindən verilən məlumatlara görə, əməliyyatlarla terror təşkilatına Türkiyə daxilində də 2018-ci ildə çox böyük zərbə vurulub, terrorçular hərəkət etməz hala gəlib. Terrorçuların yer altındakı sığınacaqlara gizlənərək kənara addım atmadıqları, Qəndil ilə əlaqələrinin tamamilə kəsildiyi müəyyən edilib.
Türkiyədə gizlənən təşkilat nümayəndələrinin daha əvvəl qarşıdurma və əməliyyatlar nəticəsində verdikləri itkiləri sistematik olaraq Qəndildə yerləşən PKK-nın sözdə hərbi qanadı üzrə məsul şəxsi olan “Baver” kod adlı Süleyman Şahinə hər gün hesabat etdikləri öyrənilib. Təhlükəsizlik gücləri tərəfindən əməliyyatlarla tərpənməz hala gətirilən terrorçuların ötən noyabr, dekabr və yanvar ayları ərzində bu fəaliyyətinin də ortadan qaldırıldığı qeyd edilib. Qəndildəki PKK-lıların məlumat almaq və öldürülən terrorçuların şəxsiyyətlərinin öyrənilməsi üçün etdikləri bütün müraciətlərin də cavabsız qaldığı ifadə edilib.
Müxalifət.az