PKK-da bir-birilərini yeyirlər: EKSPERTDƏN DİQQƏTÇƏKƏN QEYD

Baxış sayı:
4729

Terror mütəxəssisi Abdulla Ağar sosial media hesabından Tuncəlinin Ovacıq çölündə 6 terrorçunun zərərsizləşdirildiyi əməliyyatdan diqqət çəkən bir qeyd paylaşıb.
 
Ağar, PKK-nın "qrup liderinin" öz canını xilas etmək üçün digər terrorçuları necə ölümə sürüklədiyini yazıb.
Abdulla Ağarın əməliyyatla bağlı bölüşdüyü qeyd;
“Dünən terrorçularla ilk təmas təmin olunur. Terrorçu qrupdan biri yaralanır. Yaralı verən qrup başqa bir qrupu yardım üçün əraziyə çağırır. Ancaq bu çağırış atəş təzyiqi, sağdan, soldan manevr kimi, ya da başqa bir hərəkət tərzi deyil, birbaşa yeni gələn qrupu odun içinə soxmaq və bu dolaşıqlıqda özlərini xilas etmək üçündür. Təhlükəsizlik qüvvələri isə gələn qrupu da zərərsizləşdirir. Əlbəttə, aldıqları tədbirlərlə lider qrupun da qaçmasına imkan vermirlər. İlk yaralanan və daha sonra ölən narıncı siyahıda axtarışda olan qrup lideridir. Məhz lider dedikləri bu adam öz canını qurtarmaq üçün digərlərini ölümə sürükləyir. Amma boş yerə. Çünki terrorçulardan geriyə terrorun bir-birini xərclədiyi həqiqətə dair bir hekayə qalır”.

Müxalifət.az