​PKK-çılardan növbəti xain hücum: Ölən var

Baxış sayı:
6589

Türkiyənin Diyarbəkir vilayətində PKK-çıların hücumu nəticəsində bir təhlükəsizlik əməkdaşı həlak olub, 3-ü isə yaralanıb.
Muxalifet.az xəbər verir ki, terrorçular Bayır Karakolu səmtində ağırçaplı silahlardan anidən hücuma keçib və nəticədə təhlükəsizlik əməkdaşları zamanında müqavimət göstərə bilməyiblər.
Yaralılar Kulp dövlət xəstəxanasına çatdırılıb.
Terrorçuların axtarışları məqsədilə bölgədə genişmiqyaslı əməliyyatlar başladılıb.