PKK-çı qadınların təcavüz etirafları QAN DONDURDU: "Təşkilatda qadın olmaq..."

Baxış sayı:
3604

Türkiyə Silahlı Qüvvələrinin əməliyyatları nəticəsində ağır zərbələr alan PKK terror təşkilatının 1 il ərzində təslim olan 297 qadın üzvünün ifadələri sənədləşdirilib. Sənəddəki ifadələr qadın terrorçuların yaşadıqları faciələri ortaya qoyub. Terrorçu lider Duran Qalxanın düşərgələrində xidmət edən qadınlar başçılarını “Manyak Abbas” adlandırıb. Silav Qarzan: “Kandildə təcavüzə qarşı çıxdığı, ya da təcavüzə məruz qaldığı üçün edam edilənlər ilə yaşadıqlarına tab gətirə bilməyib intihar edən qadınların sümüklərini düzsələr, kəndlərindən Kandilə qədər uzanar. Təşkilatın qadın qolu YJA STAR-ın başında duran qadınlar həmcinslərinin kişi idarəçilər tərəfindən cinsi kölə kimi istifadə edilməsinə göz yumur”. Zozan Fırat: “Təşkilatdan qaçışlar artanda Kandil bölgəsindəki düşərgələrdə xüsusi edam komandaları quruldu. Aprel və mayda, 40-a yaxın yoldaşımız bu komandalar tərəfindən edam edildi. 27 nəfərin edamını telefona çəkiblər. Bunu düşərgələrdə bizə də göndərdilər”. Roybin Delila: “Bir qadın üçün Kandil demək təcavüz deməkdir. Kandildə qadın istəyənin dilədiyi kimi istifadə etdiyi əşyadır. Həm mənim, həm qohumlarımın bədəni bunu yaşadı. İdarəçilərin cinsi manyaklığı qadınla sərhədlənmir. Suriyadan qaçırılıb gətirilən azyaşlılara belə təcavüz edirlər. Yaşamaq üçün deyil, yaşananları anlatmaq üçün təslim olmuşam…” (publika)