PKK bütün cəbhələrdə vurulacaq: GERİ SAYIM BAŞLADI

Baxış sayı:
4120

ABŞ/PKK ittifaqının Suriyanın şimalındakı kantonları birləşdirmək layihəsinə son 17 kilometr qalmış “Fərat Qalxanı” Hərəkatı ilə prosesə "dur” deyən Türkiyə, Yaxın Şərqin ən böyük terror mərkəzinə çevrilən Afrini də “Zeytun Budağı” hərəkatı ilə təmizləməsindən sonra bölgədəki ən həlledici hücuma hazırlaşır. Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) müştərək edəcəyi 3-ci əməliyyat, Suriyadakı vətəndaş müharibəsini və İŞİD-ı bəhanə edərək PKK-ya sahə açan ABŞ və havadarlarına 550 kilometrlik sərhəd zolağında ən böyük zərbə olacaq.
 
Fəratın şərqinə qarşı əməliyyatın dəqiqləşməsi PKK/PYD cəbhəsini təlaşlandırıb. Prezident Ərdoğanın "əməliyyat başlayır” mesajından sonra hərəkətə keçən PKK dəstəkçisi qüvvələr, Deyrizor, Rakka, Eyn İsa və Tel Abyadda bir sıra görüş keçirib. Qəndil heyətindən Eldar Xəlil, Ər-Riyad Dirar və İlham Əhməd başda olmaqla, Polad Can və Şahin Cilonun da iştirak etdiyi iclaslarda "Sərhəd boyunda Türkiyədən əvvəl biz hücuma keçək" çağırışı edilib. Bölgə xalqını və tayfaları də təzyiq altına alan təşkilat, "Uşaqlarınızı ASO-dan dərhal çəkin" deyə hədə-qorxu gəlir.
 
BÜTÜN CƏBHƏLƏRDƏ VURULACAQ
 
Tel Abyad, Rəsul Eyn və Eyn əl-Arab bölgələrindən başlayacaq ilk əməliyyat dalğasında Afrindən başlayaraq Sacirə uzanan 60 kilometrlik xətt və Münbiç-Sacir cəbhəsi də hədəf alınacaq. PKK-lı terroristlər 550 kilometrlik sərhəd xətti boyu və Afrindən Şealəyə uzanan daxili dəhliz boyu intensiv atəş altında saxlanılacaq. TSQ-nin "hazır olun” əmri verdiyi 14 min ASO əsgəri də müəyyən olunan xidməti yerlərə hərəkət edərkən, Afrin, Keştear, Tinneb, Münbiç və Eyn el-Arab-da bir çox PKK mövqeyi gün ərzində vurulub. Türk döyüş təyyarələri və insansız hava vasitələri də sərhəd xəttində patrul uçuşları ilə hazırlıqlara dəstək verir. Sərhəd xəttində bəzi bölgələrdə beton bloklar qaldırılır. Quru əməliyyatı zamanı tank, zirehli texnika və şəxsi heyətin keçidi beləcə asanlaşacaq. Bölgəyə bir çox nöqtədə planlaşdırılan xüsusi dəhlizlərdən girəcək olan Türk əsgəri, daha dərinlərdə bu dəhlizləri birləşdirərək terror təşkilatını çevrəyə alacaq.
 
Sincar və Karaçoka bomba yağdı
 
Münbiç və Fəratın şərqinə keçiriləcək hərəkatın hazırlıqları tam sürətlə davam edərkən, dünən axşam terror yuvalarına havadan bomba yağıb. İraqın şimalında terrorçular tərəfindən baza kimi istifadə edilən Sincar və Cüyür dağı bölgələri F-16-lar tərəfindən vurulub. Hava hərəkatında terrorçulara aid sığınacaq, mağara, tunel və anbarlar yerlə bir edilib. Hərəkatla bağlı Twitter-də açıqlama verən Prezident yanında rabitə sədri Fəxrəddin Aldın, "Bu hərəkat terrora zərbə, terrorizm sponsorlarına bir mesajdır" - deyib.
Müxalifət.az