​PKK başçısının yaxın silahdaşı həbs olundu

Baxış sayı:
6793

Türkiyənin Ədirnə şəhərində PKK terror təşkilatının başçısı Abdulla Ocalanın yaxın qohumu və silahdaşı, hələlik kimliyi gizli saxlanılan H.Ö ad və soyadlı şəxs Yunanıstana qaçmaq istəyərkən yaxalanıb.
Muxalifet.az xəbər verir ki, 28 yaşlı H.Ö silahlı terror təşkilatının üzvü olmaqda şübhəli bilinərək axtarışda olub. Bildirilir ki, Türkiyənin Şanlıurfa bölgəsinin Halfeti rayonunda qeydiyyatda olan PKK-çı barəsində terrorçu fəaliyyətinə görə 4 məhkəmə qərarı mövcuddur.