​PKK Avropanın mərkəzində türklərə hücum etdi – 8 YARALI

PKK terror təşkilatı Belçikanın Anvers şəhərində nümayiş keçirib.
Terrorçular Abdulla Öcalanın posterləri ilə Türkiyə vətəndaşlarının sıx olduğu Brederode küçəsinə axışıb.
Onlar müxtəlif sşüarlar səsləndirərək türkləri qarşıdurmaya təhrik edib. Hadisə nəticəsində 1-i polis olmaqla, 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 50-dən çox PKK-çı həbs edilib. Polis təşkilat üzvlərinin qarşısını ala bilmək üçün bibər qazından istifadə edib.
Qeyd edək ki, Belçika məhkəməsi PKK-nın terror təşkilatı olmadığına qərar verib. Buna görə də bu ölkədə tez-tez PKK-nın nümayişlər keçirməsinə icazə verilir.