PKK Afrinə HÜCUM ETMƏK İSTƏYİR

Baxış sayı:
1279

Bərzaniyə yaxınlığı ilə tanınan “Rüdaw”, PKK-nın Suriyada Afrinə qarşı hücum həyata keçirmək üçün hazırlıqlar gördüyünü bildirib.
 
PKK-nın Suriya qolu və ABŞ-ın regional müttəfiqi SDG-nın,TSQ-nin terrordan təmizlədiyi “Zeytun Budağı” bölgəsinə hücuma hazırlaşdığı bildirilib. İraqda Bərzaniyə yaxınlığı ilə tanınan “Rüdaw”, PKK-nın Şimali Suriyada TSQ-nın nəzarətində olan Afrin bölgəsinə qarşı hücum hazırlığında olduğunu qeyd edib.
 
AFRİNƏ HÜCUM
 
TSQ-nin 20 yanvar tarixində başlatdığı və terrordan təmizlədiyi Afrin bölgəsi, PKK-nın yenidən iştahasını coşdurur. Bölgədə 5 minə yaxın itki verən və arxasına baxmadan qaçan PKK-nın Afrini yenidən ələ keçirmək üçün bölgəyə hücum hazırlığında olduğu bildirilib.
“Zeytun Budağı” Hərəkatının əksi olan bir qondarma "Cizre Fırtınası" adlı bir plan ilə PKK-nın, xüsusilə Türkiyəyə sızmalarda kritik əhəmiyyətə sahib olan Şimali Suriyanı yenidən ələ keçirmək üçün hazırlaşdığını “Rüdaw” bildirib.
 
ƏL BAB DA HƏDƏFDİR
 
PKK-nın həyasız planları bununla da məhdud deyil. “Zeytun Budağı” Hərəkatından əvvəl ilk olaraq terrordan təmizlənən və əmin-amanlığın, rifahın hakimiyyət sürdüyü Əl Babın da yenidən ələ keçirilməsi məqsədilə hücum planlarına daxil edildiyi bildirilir.
Sözügedən mənbə SDG-nın koalisiya dövlətləri və Əsəd rejimi ilə keçirdiyi görüşlərdən sonra Afrin, Cerablus və Azezdə genişmiqyaslı bir əməliyyat başlayacağı və bu əməliyyat hazırlığının əl Babı da əhatə edəcəyini qeyd edib.
 
TSQ REGİONDA İNAM YARADIR
 
TSQ-nin regionda yerləşməsi həm yerli əhaliyə, həm də PKK-nın zülmündən xilas olanlara ümid işığı olur. Regionun PKK-dan təmizlənməsindən bu yana rifah səviyyəsi gündən-günə artarkən, Türk əsgərinin bölgədəki möhkəm nüfuzu da PKK-nı təhdid edir. Belə ki, PKK ən çox itkini bu bölgədə vermişdi.
Müxalifət.az