​PKK ABŞ əsgərlərini həbs etdi - FOTOLAR

PKK/PYD terror qruplaşması onlara dəstək verən ABŞ əsgərlərini həbs edib.
Həbs olunanlar Kevin Hovard və Taylor Hudsondur.
K.Hovard 28 yaşındadır, ABŞ ordusunun keçmiş əsgəridir. 1 ildir Suriyada PKK/PYD qruplaşması tərkibində döyüşür.
T.Hudson da keçmiş Amerika əsgəridir. Hovardla birlikdə terror qruplaşmasına qoşulub.
Hər iki amerikalı Deyruzzor və Rakka əməliyyatlarına qatılmaq istəmədiklərini, ölkələrinə qayıtmaq istədiklərini deyəndə PYD onları bölgədəki ABŞ bazasına aparıblar. Amerikalı komandir onların ölkələrinə qayıtmaq istəklərinə biganə yanaşıb və PYD-yə təslim edib. Bundan sonra PYD hər iki amerikalını həbsxanaya salıb.
K.Hovard başlarına gələnləri Kane Harlly adı ilə açdığı sosial şəbəkə hesabında paylaşıb.