​PKK 967 qadın terrorçunu edam etdi – ŞOK SƏNƏD

Baxış sayı:
8071

Son 12 ildə aldadılaraq, dağlara çəkildikdən sonra fiziki işgəncə və təcavüzə məruz qalan qadınlardan 967-si PKK terrorçuları tərəfindən öldürülüb.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, bu məlumat Qəndildə təslim olan terrorçuların təqdim etdiyi sənədlərdə üzə çıxıb.
Məlum olub ki, terrorçular bu qadınlardan döyüşlər zamanı qalxan kimi istifadə ediblər. Eyni zamanda döyüşlərdən qaçan, təcavüzlərə qarşı çıxan qadın terrorçuları edam etməkdən belə çəkinməyiblər.