Piyadanı ölümünə səbəb olan bankirin məhkəməsi başlayır

Baxış sayı:
4081

Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Ramal Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.

Qeyd edək ki, hadisə sentyabrın 17-i axşam saatlarında Nəsimi rayonu, Vaqif prospektində qeydə alınıb. Şəhər sakini, Ramal Məmmədov idarə etdiyi "Volkswagen Passat" markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobillə piyada zolağında yolu keçən -1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vuraraq öldürüb.

Hadisəni törədən R. Məmmədov Kapital Bankda çalışıb, mərhum G. Əmiraslanlı isə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında “ASAN Viza”da işləyib.