Piyadanı maşın vuraraq ÖLDÜRÜB – AEROPORT YOLUNDA - FOTO

Baxış sayı: 24

Hadisə yolun Sabunçu rayonu ərazisinə düşən hissəsində baş verib
 
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə aeroport yolunun Sabunçu rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
"Audi" markalı "99-HL-277" dövlət qeydiyyat nişanlı avtomobil yolu keçmək istəyən 30-35 yaşlı kişini vurub. Piyada hadisə yerində keçinib.
Əraziyə Yol və Polis patrul xidmətlərinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.