Pivə daşıyan maşın su kanalına düşdü - VİDEO

Baxış sayı:
13784

İmişli rayonunda yük maşını su kanalına düşüb.

"Report"un verdiyi məlumata görə, hadisə rayonun Bəhrəmtəpə qəsəbəsi ərazisində baş verib.

Belə ki, sürücü yük maşınını yol kənarında saxlayıb və avtomobildən enib. Avtomobil yolun eniş hissəsində olduğu üçün hərəkətə başlayıb və yol kənarındakı su kanalına düşüb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib, pivə çəlləkləri kanala düşüb.

Faktla bağlı araşdırmalara başlanılıb.