“Pişik Günel” HƏDƏLƏDİ: "İstəmərəm kiminsə əli qana batsın" - VİDEO

Baxış sayı:
6625

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi müğənni Günel Ələkbərova olub.
Muxalifet.az xəbər verir ki, onu sosial şəbəkədə təhqir edən şəxsi polisə şikayət edən müğənni bundan sonra bu addımı atan hər kəsin aqibətini eyni son gözləyir deyib:
“Klaviyatura arxasında şir, pələng olurlar. İnsanda cürətə bax, şəxsi səhifəmə girib şərh yazır. Mən o şərhi sildim. Yenidən çox pis sözlərlə yazdı. Mən onu blok edə bilərdim, amma etmədim. Düşündüm ki, belə mənəvi cəhətdən kasad insannın bir neçə profili var. Elə mikroblara görə istəmərəm kiminsə əli qana batsın. Hər kəsin bir səbir kasası var və mən qərara verdim ki, qanuna müraciət edim”.