Pis xatirələri insan beynindən silmək olacaq - YENİ KƏŞF

Baxış sayı:
8805

Pis xatirələri yaddaşdan silmək mümkün olacaq. Belə ki, aparılan uzun müddətli araşdırmalardan sonra bu qənaətə gəlinib. 

Ekspertlərin tapdığı yeni üsulla beyində olan qorxu və təhdidlə bağlı bütün pis xatirələr silinəcək. 

Muxalifet.az medicina.az-a istinadən maraqlı araşdırmanı təqdim edir.

Bu tədqiqat ilk dəfə siçanların üzərində aparılıb. Nəticə isə uğurlu olub. Bu, tibb dünyasında illərdir üzərində işlənilən layihə olub.

Bundan başqa, kanadalı alimlər daha üstün kəşf etdiklərini açıqlayıb.
 
Belə ki, bu prosedur zamanı yaddaşda olan pis xatirələr silindikdə heç bir yaxşı hadisəyə toxunmur. Alimlərin sözlərinə görə, beyində milyonlarla hüceyrə var, bunlardan sadəcə kiçik bir hissəsi xatirələrə ayrılıb. Bu, daha çox zorlamaya məruz qalmış qadınlar, travma sonrası stress pozğunluğu olan insanlara tətbiq ediləcək.

Xatırladaq ki, bundan əvvəl də pis xatirələri yaddaşdan silmək üçün aparılan araşdırmalar olub. Stanford Unuversitetində yatan siçanlar üzərində araşdırma aparılaraq qorxulu xatirələr müvəffəqiyyətlə silinmişdi. Keçən həftə MİT və Cambridge Whitehead Biotibbi Tədqiqat İnstitutu xatirələrin yox edilməsində əhəmiyyətli rol oynayan Tet1 adlı geni təyin etmişdilər.

Mütəxəssislər bu geni inkişaf etdirərək PTSD (travma sonrası stress pozğunluğu) xəstələrinin pis xatirələrini rahatlıqla unutmalarını təmin edəcəklərini bildirmişdilər. Eyni zamanda, Nortvestern araşdırmaçıları romantik xatirələrin yuxu əsnasında müvəffəqiyyətli şəkildə idarə edilə biləcəyini söyləyiblər.