Pirşağı yolunda ağır qəza - Ölən və yaralanan var

Baxış sayı:
7306

Novxanı-Pirşağı yolunda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 
Səhiyyə Nazirliyindən Muxalifet.az-a daxil olan məlumata görə, avtoqəza ilə əlaqədar Təcili Tibbi Yardıma çağırış 13:10-da daxil olub.
Hadisə nəticəsində 1 nəfər qadın hadisə yerində dünyasını dəyişib.
44 yaşlı kişi bud sümüyünün sınığı, 2 azyaşlı uşaq isə daxili qanaxmaya şübhə diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Yaralılara lazımi tibbi yardım göstərilir.