Pirlo Avstraliya klubunun təklifini qəbul etmədi

Baxış sayı:
7402

İtaliya millisinin sabiq yarımmüdafiəçisi Andre Pirlo Avstraliyanın "Evondeyl" klubundan təklif alıb.

Muxalifet.az goal.az-a istinadən xəbər verir ki, komanda sentyabrın 19-da olkə kuboku matçında çempion "Sidney"lə qarşılaşacaq. "Evondeyl" Pirlonun həmin oyunda meydana çıxmasını istəyir.  Lakin 39 yaşlı futbolçu karyerasını yenidən bərpa etmək niyyətində olmadığını deyib.

 

Dünya çempionu olan keçmiş futbolçu karyerası ərzində "İnter", "Milan", "Yuventus" və "Nyu- York Siti" klublarının formasını geyinib. İtaliyalı 2017-ci ildə karyerasını başa vurub.