​“Piramida Plaza”da tüstülənmə olub, sakinlər təxliyyə edilib - YENİLƏNİB

Baxış sayı:
187

Bakıda “Piramida Plaza” yaşayış binasının 13-17-ci mərtəbələri arasında, şaxtada tüstülənmə olub.
Oxu.Az xəbər verir ki, ilkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində qısaqapanma olub.
15 nəfər bina sakini təxliyyə edilib.

16:55

Bakının mərkəzində yerləşən “Piramida Plaza” yaşayış binasında tüstülənmə olub.
Məlumata görə, artıq tüstülənmənin qarşısı alınıb.
Bundan əvvəl binada yanğın olduğu deyilirdi.
Hadisənin səbəbi araşdırılır.

16:28

Bakının mərkəzində “Piramida Plaza” yanır.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə yaxın dəqiqələrdə paytaxtın Mehdi Mehdizadə küçəsi, 33 ünvanında qeydə alınıb.
İlkin məlumata əsasən, yanğın binanın 12-ci mərtəbəsində başlayıb.
Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hadisə yerinə yanğınsöndürən briqada cəlb edilib.