​“Petkim”in baş direktoru saxlanıldı - ANAR MƏMMƏDOV ONUN YERİNƏ GƏTİRİLDİ

Petrokimya Holding AŞ-nin (PETKİM) Baş direktoru Səadətdin Qorqudun bu gün həbs olunmasının ardından, Şirkətin Baş direktoru vəzifəsinə Anar Məmmədovun təyin olunub.
Hurriyyet.org “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı xəbər yayıb.
PETKİM-in baş direktoru Səadətdin Qorqud və bəzi yüksək vəzifəli rəsmilər bu gün istefa edib. Həmçinin PETKİM və əlaqəli müəssisələrdə 200 nəfərin Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəsi səbəbi ilə işdən uzaqlaşdırılıb.
Sadəddin Qorqud və daha 200 müxtəlif enerji şirkətlərinin əməkdaşı Fəthullah Gülənin hərəkatı ilə əlaqələrdə ittiham olunurlar.
***
Türkiyənin "Petkim" neft-kimya kompleksinin baş direktoru Sadəddin Qorqud saxlanılıb.
Hurriyyet.org-un Türkiyə mətbuatına istinadə verdiyi xəbərə görə, Sadəddin Qorqud və daha 200 müxtəlif enerji şirkətlərinin əməkdaşı Fəthullah Gülənin hərəkatı ilə əlaqələrdə ittiham olunurlar.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.