Peterburqda avtomobil izdihama çırpılıb, ölən və xəsarət alanlar var

 Rusiyanın Sankt Peterburq şəhərində avtomobil piyadalara çırpılıb, nəticədə bir qadın ölüb, üç nəfər isə xəsarət alıb.
 
 “RİA Novosti”nin verdiyi xəbərə görə, insident ötən gün axşam saatlarında şəhərin Promışlennaya küçəsində baş verib. 
““Volkswagen Polo” markalı avtomobil naməlum səbəbdən idarəetməni itirərək piyadalara çırpılıb. Yol qəzası nəticəsində bir qadın ölüb, daha üç nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Sürücü saxlanılıb”, - deyə məlumatda bildirilir./apa