Peşmərgə YPG terrorçularının məzarlığını gəzdi

Baxış sayı:
6394

 Türkiyənin Fəratın şərqinə edəcəyi əməliyyatı əngəlləmək istəyən ABŞ peşmərgə və YPG-li terrorçuları bir araya gətirib.
 
ABŞ və İraq Kürd Regional Rəhbərliyinin dəstəyi ilə yaradılan Roj peşmərgələri Suriyanın şimalındakı Tel Abyad və Kobaniyə yerləşdirilib.
Amerika bu gedişlə Türkiyə ilə YPG arasında peşmərgə tamponu yaradaraq terror təşkilatına dəstək olmağı planlaşdırır.
Zəif İraq ordusunun qarşısından qaçmalarıyla “məşhurlaşan” peşmərgələrin isə Türk Ordusunun qarşısında nə hala düşəcəyini də təsəvvür etmək çətin deyil.
Buna görə də peşmergələrin YPG-li terrorçuların qəbiristanlığını gəzmələri lazım olan mesajı almalarına yardımçı olmuşdur.
Xatırladaq ki, “Müstəqil Kürdüstan” üçün referendum keçirildikdən sonra İraq hərbçiləri Kərkükə daxil olmuş, Bərzaninin əsgərləri silahlarını buraxıb qaçmışdı.
Müxalifət.az