Peşmərgə və PKK BİR-BİRİNƏ GİRDİ

 İraq ordusunun hərəkətə keçməsi ilə silahlarını qoyub Kərkükdən qaçan PKK-lı terrorçular və peşmərglər arasında “satqınlıq” davası başladı.
 
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kərkükü qoyub qaçandan sonra indi də Peşmərgə və PKK arasında qarşılıqlı “satqın” ittihamları ilə qurbanlıq keçi axtarışı davası sürür.
İraq baş naziri Heydər İbadinin göstərişilə hərəkətə keçən İraq Ordusu, 16 oktyabrda Kərkük əməliyyatı üçün düyməyə basdı.
İraq Ordusunun Kərkükə daxil olması ilə şəhərdəki Peşmərgələr və PKK-lı terrorçular münaqişəyə girmədən silahlarını qoyub qaçdılar.
 
BİR-BİRİLƏRİNƏ DÜŞDÜLƏR
 
Kərkükün Bağdad rəhbərliyinin əlinə keçməsindən sonra PKK-lı terrorçular Peşmərgələri ittiham edən bəyanat verib.
 
ƏVVƏL KİM QAÇDI
 
Təşkilatın mediasında əks olunan xəbərlərdə, Peşmərgənin xəbərsiz bir şəkildə Kərkükü tərk etdiyi ifadə edilib. Müdafiə xəttinin bu səbəbdən qırıldığını iddia edən PKK-ya Peşmərgələr də sərt cavab verib. Peşmərgənin bəzi komandirləri PKK-lıların döyüşmək üçün silah almağa belə qorxduqlarını deyiblər.
Peşmerge komandirləri İraq ordusuna qarşı duruş gətirə bilməyəcəklərini anladıqları üçün bölgədən çəkildiklərini açıqlayıblar.

Müxalifət.az