​PEŞMƏRGƏ NİYƏ QAÇIR? - Kürd komandirdən ETİRAF

Baxış sayı: 384

İraqın Kərkük şəhərindəki mövqelərindən geri çəkilən KYB (Kürdistan Yurdsevərlər Birliyi) Peşmərgələrinin komandiri Vesta Rəsul öz qüvvələrinin İraq ordusu ilə bərabər olmadığı üçün geri çəkilməyə məcbur olduqlarını bildirib.
Muxalifet.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Rəsul Kərkükdə öz partiyasına məxsus mətbuat orqanlarına verdiyi açıqlamada deyib: “Dünən gecədən indiyə qədər qarşımıza heç müqavimət göstərə bilməyəcəyimiz səviyyədə hərbi qüvvə çıxarılıb. 350 tank və ağır silahla 4 yerdən bizə hücum etdilər”.
Cəbbəxanalarının və əllərindəki silahların az olduğunu bildirən Rəsul, bu məsələni bazalarına bildirdiklərini bildirdiklərini və geri çəkilməyə məcbur olduqlarını bildirib.
Digər tərəfdən də KYB Peşmərgələrinin komandiri Aras Şeyx Cəngi isə Kərkükdə başladılan hərbi əməliyyatın beynəlxalq bir razılaşma çərçivəsində aparıldığını bildirib.