Peşmərgə Mosula gedən yolu bağladı – DÖYÜŞLƏR DAVAM EDİR
26-10-2017 15:45

Şimali İraq Kürd Muxtariyyəti bu gün səhər saatlarında baş verən peşmərgə ilə İraq ordusu arasındakı silahlı toqquşmalara görə Ərbilin Duhok vilayəti ilə Mahmur qəsəbəsində Mosula gedən yolu bağlayıb.
Peşmərgə Ərbil-Mosul arasındakı quru yolda nəzarət nöqtələri yaradaraq, avtomobillərin giriş-çıxışına icazə vermir.
İraq ordusu və Haşdi Şabi ilə peşmərgə gücləri arasında Mosulun şimal-qərbində və cənubundakı Mahmur qəsəbəsində, həmçinin, Kərkükün şimalında Altunkörpü qəsəbəsində toqquşmalar davam edir.