​Peşmərgə İraq ordusuna hücuma keçdi – QANLI TOQQUŞMA

İraq ordusunun 16 oktyabrda başlatdığı əməliyyatdla Kərkükdən çıxarılan peşmərgə gücləri Kərkükün Altınkörpü qəsəbəsinə hücuma keçib.
Peşmərgə İraq ordusunun qəsəbədəki mövqelərinə raket atəşləri atır.
Səhər saatlarında başlayan hücumdan sonra yüzlərlə mülki şəxs qəsəbəni tərk edib.
Hədəf Kərkük-Ərbil yolunda yerləşən Altınkörpünü almaq və Ərbilə olan təhlükəni sovuşdurmaqdır. Son məlumatlara görə, peşmərgə Mosul yolunu da bağlayıb./publika.az/