​Peşmərgə İraq hökumətini suçladı: “HEÇ BİR RAZILAŞMA ƏLDƏ OLUNMAYIB”

Şimali İraq Kürd Muxtariyyəti ilə İraq hökuməti arasında sərhəd qapılarının təslim olunması və peşmərgə qüvvələrinin geri çəkilməsi barədə razılaşma əldə olunmayıb.
Muxalifət.az xəbər verir ki, bu barədə Peşmərgə Nazirliyinin səlahiyyətli nümayəndəsi Cabbar Yavər məlumat verib.
O, 16 oktyabrdan etibarən iki qüvvə arasında yaşanan qarşıdurmalarda 60 peşmərgə üzvünün öldüyünü, 150 nəfərin yaralandığını bildirib. C.Yavər peşmərgənin heç bir zaman savaş tərəfdarı olmadığını qeyd edib:
“Problemlərin müzakirə və görüşmələrlə həll edilməsinin tərəfdarıyıq. Kürdistan hökuməti də bütün bəyannamaələrində problemlərin həllinin dialoqla aparıla biləcəyini dəfələrlə qeyd edib”.