Peskov Ukraynadan qaz tranziti ilə bağlı BƏYANAT verdi

Baxış sayı:
7138

“Rusiya tərəfi Ukraynadan keçərək Avropaya qaz çatdırılmasından imtina etmir, lakin Ukrayna hakimiyyəti Moskva ilə bu sahədə yaxınlaşmağa cəhd eməlidir”, - Rusiya prezidentinin mətbuat katibi Dmiri Peskov “Rossiya 1” telekanalına  verdiyi müsahibəsində deyib.

O bildirib ki, "Qazprom" ötən həftə ukraynalı həmkarları və Avropa Komissiyasının nümayəndələri ilə danışıqlar aparıb. Peskovun qeyd etdiyi kimi, hər şey bir suala əsaslanır: Rusiya qazını Ukrayna ərazisindən tranzit etmək lazımdırmı? Peskov qeyd edib ki, bunu etmək lazımdır, çünki qaz tranziti Ukraynanın özü üçün lazımdır.
O, "Tranzit olmazsa, Ukraynanın qaz nəqliyyatı sistemi sıradan çıxacaq" deyib.
Peskov, həmçinin Rusiyanın Avropaya "digər alternativ yollarla" qaz tədarük etmək imkanına sahib olacağını qeyd edib. Bununla belə, o, Putinin Rusiya tərəfinin Ukrayna ərazisindən qaz tranziti üçün istifadədən imtina etmədiyi barədə sözlərini dərhal xatırladıb. Buna görə, Rusiya əvvəllər olduğu kimi indi də Ukrayna ərazisi vasitəsilə Qərbə qaz tranzitini davam etdirmək niyyətindədir.
Daha əvvəl isə Dmitri Peskov Danimarkanın “Şimal axını-2”qaz boru kəmərinin tikintisinə icazəsini şərh edib.
Muxalifet.az