​Peskov: "Türk axını" populist layihə deyil...

Baxış sayı:
1459

"Türk axını" populist layihə deyil, həm Türkiyə, həm də Avropanın yararına olacaq.
Muxalifet.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov bildirib.
Peskov "Türk axını" layihəsinin Türkiyə iqtisadiyyatının inkişafına, Avropanın enerji təhlükəsizliyinin qorunmasına yardımçı olacağını deyib.
Qeyd edək ki, noyabrın 19-da Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda sözügedən layihənin dəniz hissəsinin tamamlanması münasibətilə konfransda bir araya gələcək.