Peskov Putinlə Tramp arasındakı münasibətdən danışdı

Baxış sayı:
5458

"Heç bir münasibət Vladimir Putini öz hədəflərindən yayındıra bilməz".
Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın 1-ci kanalına müsahibə verərkən deyib. O, federasiya başçısı Vladimir Putinin digər ölkələrin siyasi liderləri ilə olan şəxsi münasibətlərindən danışarkən ABŞ lideri Donald Trampla olan münasibətlərin üzərində xüsusi ilə dayanıb:
“Prezidentlərin arasında olan münasibət cəmiyyətə, xüsusilə də KİV-ə olduğu kimi yansımır. Bunun səbəbi Putinlə Trampın hələ bir-birinə olan münasibətinin özlərinin də hiss etməmisidr. Buna mane olan bir çox səbəblər var. Son vaxtlar ölkə başçıları arasında aparılan müzakirələrin mahiyyəti, Rusiya və ABŞ-ın liderlərinin ünsiyyəti nəticə olaraq real addımlarda öz əksini tapmır. Bu, əlbəttə, ümidləri boşa çıxaran faktdır. Amma bu o demək deyil ki, vəziyyət gərgindir".
Peskov əlavə edib ki, dövlət başçıları arasında əlaqələrin nə qədər dərin olduğunu ölçmək çətindir:
"Putin heç bir halda heç bir həmkarını öz milli maraqlarından imtina etməyə məcbur etmir. Məsələn, Putin və keçmiş Almaniya kansleri Cerard Şröder arasında şəxsi dostluq münasibətləri mövcud idi. Lakin Şröder kansler seçildikdən sonra münasibətlər və şərtlər dəyişdi. Onlar birmənalı şəkildə öz ölkələrinin milli maraqlarına xidmət etməyə başladılar. Hələlik Putin və Tramp arasında xüsusi əlaqələrin qurulması gözlənilmir".
Xatırladaq ki, Putin və Trampın birinci tammiqyaslı danışıqları 16 iyul tarixində Helsinkidə keçib. Prezidentlər iki saat təkbətək söhbət etməyə fürsət tapıblar. Buna qədər isə prezidentlər öz aralarında 2 dəfə şəxsi görüş keçiriblər. Ötən ilin noyabr ayında keçirilən sammitdə iki ölkə başçısı "ayaqüstü" söhbət ediblər. Daha əvvəl isə iyulda baş tutan "G20" sammitində danışıqlar aparıblar.
Peskov hər iki liderin ölkələrinin maraqlarının qorunması çərçivəsində ABŞ və Rusiya arasındakı münasibətlərin yaxşılaşdırılması istiqamətində addımlar atacaqlarını bildirib.