​Peskov Putinin stəkanını niyə yanında daşıdığından danışdı

Baxış sayı:
11491

Kreml sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin Yaponiyadakı G20 zirvəsində istifadə etdiyi termos stəkana mətbuat nümayəndələrinin böyük maraq göstərməsini heyrətlə qarşılayıb.
Muxalifet.az xəbər verir ki, Peskov Putinin davamlı olaraq çay içdiyini və bu səbəbdən termos stəkanını yanından ayırmadığını bildirib.
"Quqlda axtarsanız bu stəkanla bağlı 1-2 il əvvələ aid nağıllarımızı taparsınız. Keçmiş bir hekayədir, indi diqqət çəkməsi qəribədir", - Peskov deyib.