Peskov: "Putin və Ərdoğan "Türk axını"nı müzakirə edib"

O, iki ölkə prezidenti arasındakı əlaqəni intensiv adlandırıb
 
Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Hamburqda keçirilən G20 sammitində "Türk axını" layihəsinin həyata keçirilməsi məsələsini müzakirə ediblər.
RİA "Novosti" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Türk axını" layihəsinin həyata keçirilməsi, "Akkuyu" atom elektrik stansiyasının inşası üzrə müzakirələr aparılıb, Suriya üzrə üzbəüz danışıqlar keçirilib", - D.Peskov vurğulayıb.
O, həmçinin iki ölkə prezidenti arasındakı əlaqəni intensiv adlandırıb.